İngiltərədə "İlin ən yaxşısı" müəyyənləşdi
İngiltərə Futbol Federasiyası Premyer Liqada çıxış edən 2016-cı ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. SportLine.az federasiyanın saytına istinadən xəbər verir ki, "Çelsi"nin gənc ulduzu N'Qolo Kante "ilin ən yaxşısı" adına layiq görülüb.
Fransalı futbolçu Eden Hazardı ("Çelsi"), Zlatan İbrahimoviç ("Mançester Yunayted"), Aleksis Sançez ("Arsenal"), Harri Keyn ("Tottenhem") və Romelu Lukakunu ("Everton") arxada qoyub.
Qeyd edək ki, ötən il "Lester"lə çempion olan Kante 30 milyon funt-sterlinq müqabilində "Çelsi"yə tarnsfer edilmişdi.