İngiltərə klublarına ağır cəza

Avropa Superliqasına qatılan İngiltərə klublarına hansı cəzanın veriləcəyi məlum olub.

Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, "Mançeset Siti", "Liverpul", "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" hərəyə 4 milyon avro cərimələnəcəklər.

Bu klublar eyni addımı təkrar etsələr, onların Premyer Liqada topladıqları xallardan 30-u silinəcək və 23 milyon avro cərimə olunacaqlar.
 
İngiltərə Futbol Federasiyasının bu qərarı yaxın zamanda rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.