İngiltərə klubunda yeni baş məşqçi

"Vest Bromviç"in yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az İngiltərə Premyer Liqa təmsilçisinin saytına istinadən xəbər verir ki, bu vəzifəyə Sam Ellardays təyin olunub. İngilis mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Slevan Biliçi əvəzləyib.

Qeyd edək ki, S.Ellardays son olaraq "Everton"u çalışdırıb.