İngiltərə klubunun yeni baş məşqçisi açıqlandı

İngiltərənin "Vulherhempton" komandasının yeni baş məşqçisi açıqlanıb.

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı Brunu Lajiyə tapşırılıb.

Onun sözləşməsinin detalları açıqlanmayıb. Laji bu postda Nunu Eşpiritu Santunu əvəzləyib.

Qeyd edək ki, "Vulherhempton"də Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da çıxış edir.