İngiltərə millisi əsas qapıçısından istifadə edə bilməyəcək
İngiltərə millisinin əsas qapıçısı Cordan Pikford 2022-ci il dünya çempionatının ilk üç seçmə oyununda iştirak etməyəcək.
Sportline.az xəbər verir ki, "Everton" klubunda çıxış edən 27 yaşlı qolkiper Premyer Liqanın XXIX turunda "Börnli"yə 1:2 hesabı ilə uduzduqları görüşdə zədələnib.
Klub qarın nahiyəsindən xəsarət alan oyunçunun aprelə kimi sıradan çıxdığını açıqlayıb.
Qeyd edək ki, İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də San Marino, martın 28-də Albaniya, martın 31-də isə Polşa ilə qarşılaşacaq.