İngiltərə millisini alman mütəxəsis çalışdıracaq
Son olaraq “Bavariya” klubunu çalışdıran Tomas Tuxel İngiltərə millisinin baş məşqçisi təyin olunub.
Sportline.az İngiltərə Futbol Fedarasiyasının rəsmi saytına istinadən xəbər verir ki, T.Tuxel millinin yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub.
Mətbuat konfransında Tomas Tuxel bu fikirləri səsləndirib;
“İngiltərə millisinə rəhbərlik etmək şərəfinə layiq görüldüyüm üçün qurur duyuram. Mənim karyeramda ən önəmli anlardan biridir”, - deyə T.Tuxel bildirib.
Qeyd edək ki, Tomas Tuxel 2028-ci ilin yanvar ayınadək İngiltərə millisini çalışdıracaq.