İngiltərə millisinin baş məşqçisi Reşfordun niyə milliyə çağırılmadığını açıqlayıb
İngiltərə millisinin çalışdırıcısı Qaret Sautqeyd "Mançester Yunayted"in ulduz futbolçusu Reşfordun həyətə daxil edilməməsinin səbəbini açıqlayıb.
Sportline.az xəbər verir ki, 53 yaşlı mütəxəssis "SkySports"a verdiyi müsahibədə "Bu mövqedə oynayan digər oyunçular Markusdan daha yaxşı mövsüm keçiriblər" fikirlərini səsləndirib.
2023/2024 mövsümündə Markus Reşford "qırmızı şeytanlar"ın heyətində çıxdığı 42 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, iyunun 14-də başlanacaq Avropa Çempionatında İngiltərə Polşa, Avstriya və Hollandiya ilə birgə C qrupunda mübarizə aparacaq.