İngiltərə nəhəngi Osimhen üçün təklif göndərib

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını "Dumanlı Albion"da davam etdirə bilər.

Sportline.az "Mattino Di Napoli" saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimhen üçün "Napoli"yə 62 milyon avro təklif edib. İtaliya klubunun rəhbərliyi isə Osimhen üçün 75 milyon avro tələb edir.

"Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı Ruben Amorim Osimhenin transferində israrlıdır.

Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 13 matçda 10 qol və 4 asistlə yadda qalıb.