İngiltərə nəhəngi Rodriqo üçün hərəkətə keçib
"Real Madrid"dən ayrılması gündəmdə olan brazilyalı futbolçu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" klubu futbolçunun meneceri ilə telfonda danışıb.
Rodriqo Madrid klubundan ayrılmaq niyyətindədir.
Lakin baş məşqçi Xabi Alonso oyunçunun klubdan getməsinin əleyhinədir.
Qeyd edək ki, Rodriqonun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
O, ötən mövsümü 54 matçda 14 qol 10 asistlə tamamlayıb.