İngiltərə nəhəngində ciddi itki
“Çelsi” Premyer Liqanın 8-ci turunda “Şeffild Yunayted”lə matça itki ilə çıxacaq.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın yarımmüdafiəçisi Kristian Pulişiç bud əzələləsində narahatlıq hiss etdiyi üçün oyunu buraxacaq. Bu haqda baş məşqçi Frenk Lempard danışıb. O deyib:
“Pulişiç oynaya bilməyəcək. Hələ də vətərlərində ağrı var. Buna görə idmanla dda məşğul ola bilmir.
Həftəiçi bir az məşq etdi. Ancaq özünü yaxşı hiss etmədi”.
Qeyd edək ki, bu gün keçiriləcək “Çelsi” – “Şeffild Yunayted” görüşü Bakı vaxtı ilə 21:30-da başlayacaq.