İngiltərə nəhəngləri Rodriqonu transfer etmək istəyir

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Arsenal", "Liverpul" və "Mançester Siti" Rodriqonu transfer etmək üçün hərəkətə keçib.

24 yaşlı hücumçunun transfer qiyməti 100 milyon avro olaraq təyin olunub. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.

Qeyd edək ki, Rodriqonun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub. O, Madrid klubuna "Santos"dan cəlb olunub.