İngiltərə Premyer Liqasında yenilik

İngiltərə Prmyer Liqasında yeni mövsüm üçün yenilik nəzərdə tutulub.

Sportline.az idman jurnalisti Fabrisio Romanonun paylaşımına istinadla xəbər verir ki, İngiltərə Prmyer Liqasında yeni mövsümdən etibarən yarı avtomatik ofsayd texnologiyasından istifadə olunacaq.

Bu barədə qərar klublar və Futbol Federasiyası tərəfindən qəbul edilib.

Qeyd edək ki, bu texnologiyadan ilk dəfə İngiltərə Premyer Liqasında istifadə olunacaq.