"İnter Mayami"yə "hə" dedi
"Atletiko Madrid"in argentinalı futbolçusu Rodriqo De Poul klubdan ayrılmaq istədiyi açıqlayıb.
Sportline.az xəbər verir ki, "İnter Mayami" klubu 31 yaşlı futbolçu üçün rəsmi təklif göndərib. De Poul MLS təmsilçisinin təklifinə "hə" cavabını verib.
Bu haqda insayder Fabritsio Romao öz "X" hesabında paylaşım edib.
Rodriqo Messi ilə bir komandada çıxış etmək istəyir.
Qeyd edək ki, təcrübəli futbolçunun dəyəri 25 milyon avrodur. Oyunçunun meneceri hazırda ABŞ-dadır.