"İnter" onu birdəfəlik aldı

"İnter" "Atalanta"dan yanvarda icarəyə götürdüyü Robin Qozensi birdəfəlik alıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı oyunçunu almaq hüququndan istifadə edib. Bu transfer ümumilikdə "İnter" 25 milyon avroya başa gələcək.

Qeyd edək ki, alman müdafiəçi zədə səbəbindən klubda cəmi 6 oyuna çıxıb.

Banner