"İnter" Vidalla vidalaşdı

"İnter" futbolçusu Arturo Vidalla yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Vidal ötən mövsüm "İnter"in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.

Xatırladaq ki, 35 yaşlı oyunçunun "Flamenqo" (Braziliya) ilə müqavilə imzalayacağı gözlənilir.