"İnter"də yeni müqavilə
"İnter" futbolçusu Alessandro Bastoni ilə müqaviləsini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 2024-cü ilədək yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, A.Bastoni başa çatan mövsüm Milan təmsilçisi ilə 41 oyun keçirib və 4 qolun ötürməsini verib.