"İnter"də yeni müqavilə
"İnter" klubu baş məşqçi Simeone İnzaqi ilə müqavilə müddətini uzadıb.
Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis daha 2 il İtaliya klubuna rəhbərlik edəcək.
Təcrübəli çalışdırıcı 2021-ci ilin yayından Milan klubunda çalışır. Onun rəhbərliyi altında "Neradzurri" A Seriyasının, Ölkə Kubokunun və Super Kubokun qalibi olub.
Komanda 2022/2023 mövsümündə Çempionlar Liqasında final oynayıb.
Qeyd edək ki, İnqazi "İnter"dən əvvəl 2016-2021-ci illərdə "Latsio" klubunun baş məşqçisi olub.