"İnter"dən növbəti transfer

"İnter" heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, İtaliya təmsilçisi "Herta"nın yarımmüdafiəçisi Valentino Lazaronu alıb. 23 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "İnter" Almaniya klubuna 22 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, V. Lazaro ötən mövsüm Bundesliqada 31 matçda 3 qol vurub, 6 qolun ötürməsini verib.