İnyesta azarkeşlərinə şad xəbər

"Barselona"nın sabiq futbolçusu, hazırda "Vissel Kobe"də çıxış edən Andres İnyesta bu il ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ötən gün "Sanfresse Hirosima" ilə matçda (3:0) iştirak edib. O, görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, İnyesta zədə səbəbindən ötən ilin dekabrından yaşıl meydanlardan kənarda qalıb.