İqnatyevdən Musayevə tərif

Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev "Sabah"ın çalışdırıcısı Murad Musayev haqda danışıb.

Sportline.az "Trud"a istinadən xəbər verir ki, Rusiyanın ən yaxşı məşqçiləri ilə bağlı fikirlərini bildirən mütəxəssis Murad Musayevi də qeyd edib:

"Bizim Murad Musayev də Azərbaycanda uğurlu işləyir. O, çempionatın sonuncu pilləsində yer alan komandanı ikinci pilləyə qədər yüksəldib. Müqayisə zamanı hər şey məlumdur".

Qeyd edək ki, 1996-1998-ci illərdə Rusiya millisini çalışdıran 82 yaşlı mütəxəssis "Dinamo"(Kiyev), "Lokomotiv"(Moskva), "Torpedo"(Moskva), "Əl-İttihad" klublarının da baş məşqçisi olub.

Banner