İranın qol kralının adı açıqlandı

İranda futbol üzrə 2020-ci ilin qol kralı Sərdar Azmun elan olunub.

Sportline.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın "Zenit" klubunun 26 yaşlı hücumçusu 2020-ci ildə 22 dəfə fərqlənib.

Qeyd edək ki, Sərdar Azmun 1995-ci il yanvarın 1-də İranda türkmən ailəsində anadan olub. O, peşəkar futbolçu karyerasına yerli “Sepahan” klubunda başlayıb. Ardından Rusiyanın “Rostov” və Kazanın “Rubin” klublarında çıxış etmiş Azmun 2020-ci ilin yanvarında 12 milyon avroya “Zenit”ə transfer olub. Onun müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq.