İrəvandakı yarışda bayrağımızı yandırdılar

İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Sportline.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan millisi iştirak etməyib.

Səhnəyə çıxanlardan bir nəfər bayrağı yandırmağa cəhd edib. Lakin yanan bayraq tezliklə səhnədən yığışdırılaraq yenisi ilə əvəz olunub. Bayrağı yandıranın dizayner Aram Nikolyan olduğu müəyyən edilib.

Aram Nikolyan polis idarəsinə aparılıb. Hazırda o, İrəvan polis idarəsinin Şaumyan rayon şöbəsindədir. İdarənin qarşısına Nikolyanı dəstəkləyənlər toplaşıblar.

Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.