İsak “Nyukasl”da qalacaq

“Nyukasl Yunayted” Aleksander İsakla yola davam edəcək.

 Sportline.az xəbər verir ki, “Nyukasl Yunayted”in baş məşqçisi Eddi Hov “Sky Sports” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;

“İsakın uzunmüdəttli müqaviləsi var. Bu klubda qalacaq. O bizim önəmli futbolçularımızdan biridir. Bu mövsüm əla təsir bağışlayır. Müqaviləsində problem yoxdur. Onu burada sevirik və qalmasınıda istəyirik”, - deyə Eddi Hov bildirib.

Qeyd edək ki, A.İsakın hazır ki, müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.