İsveçli futbolçu “Milan”a transfer olacaq
“Mançester Yunayted”in isveçli futbolçusu Viktor Lindelöf yanvar ayında klubdan ayrılacaq.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Milan” Lindelöfün xidmətində maraqlıdır. İtaliya klubunun rəhbərliyi yanvar ayında bu transferi reallaşdırmaq niyyətindədir.
“Mançester Yunayted” Lindelöf üçün “Milan”dan 20 milyon avro tələb edir.
Qeyd edək ki, V.Lindelöfün İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.