İsveçrə - Azərbaycan görüşünün hakimi açıqlandı

21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin İsveçrə - Azərbaycan görüşünün hakimləri açıqlanıb.
 
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 12-də keçiriləcək matçı İsveçdən olan hakimlər idarə edəcək.
 
Kaspar Syoberq baş hakim, Peter Maqnusson və Maks Robin Vilde onun köməkçiləri olacaq. Viktor Volf qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, oyun İsveçrənin Tyun şəhərindəki "Tyun Arena"da keçiriləcək.