İsveçrə çempionatının bombardiri "Beşiktaş" yolunda

Hüçumçu axtarışında olan "Beşiktaş"da diqqətlər İsveçrəyə yönəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İstanbul klubu "Yverdon Sport"da çıxış edən 23 yaşlı futbolçu Kevin Karlos üçün rəsmi təklif göndərib.

Xəbərdə məbləğin 2 milyon avro təşkil etdiyi vurğulanır.

İspaniyalı hücumçu 14 qolla ötən mövsüm İsveçrə çempionatının iki bombardirindən biri olub.

Qeyd edək ki, "Beşiktaş" daha əvvəl portuqaliya futbolçu Rafa Silvanı heyətinə qatdığını açıqlamışdı.

Banner