İtaliya A Seriyasında istefa

“Torino” klubu baş məşqçi Marko Campaulo ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son oyunlardakı uğursuz çıxışı 53 yaşlı mütəxəssisin istefası ilə nəticələnib.  

Turin təmsilçisi Campaulonun baş məşqçiliyi altında 18 matçdan sonra 13 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, isveçrəli mütəxəssis ötən ilin avqust ayından “Torino”da çalışırdı.