İtaliya A seriyasında may ayının ən yaxşı məşqçisi məlum olub

İtaliya çempionatında may ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu mükafata "Atalanta"nın təcrübəli çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.
Berqamolular mayda 66 çalışdırıcının rəhbərliyi altında çıxdığı hər 3 görüşdən də qalib ayırlıblar: "Salernitana" (2-1), "Roma" (2-1) və "Leççe" (2-0).

İtaliyalı mütəxəssis 2016-cı ilin iyun ayından "göy-qaralar"a rəhbərlik edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, "Atalanta" bu mövsüm Uefa Avropa Liqasının finalında "Bayer 04"ü 3-0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bir Avropa kuboku qazanıb.

Banner