İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Verona” klubunda baş məşqçi təyinatı olub.

Sportlone.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Eusebio Di Françeskoya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Françesko ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Eusebio son olaraq “Kalyari”də baş məşqçilik edib. O, “Verona”da İvan Yuriçi əvəzləyib.