İtaliya millisinin futbolçuları AVRO-2020-dən əvvəl peyvənd olundu

İtaliya millisinin futbolçuları koronavirus əleyhinə peyvənd olunub.

Sportline.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, ilk doza 28 oyunçuya vurulub.

Onlardan 11-i paytaxt Romada, digər 17-si isə Milanda peyvənd edilib.

Qeyd edək ki, İtaliya yığması AVRO-2020-nin A qrupunda Türkiyə, İsveçrə və Uelslə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldılıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.