İtaliya Rallisində qalib müəyyənləşdi
Ralli üzrə dünya çempionatının daha bir mərhələsi arxada qalıb.
Sportline.az xəbər verir ki, 19 turdan ibarət İspaniya Qran-prisinin qalibi ispaniyalı pilot Daniel Sordo olub. O, ümumən 310,5 km məsafəni 3 saat 32 dəqiqə 27,2 saniyəyə qət edib. Finalndiyalı sürücü Teemu Suninen liderdən cəmi 13,7 saniyə geri qalıb. İlk 3-lüyü isə norveçli Andreas Mikkelsen tamamlayıb.
Ümumi sıralamanın lideri 142 xalla fransalı Sebastyan Ojedir. Onun ən yaxın izləyicisi Ott Tanakdır. Estoniyalının hesabında 140 xal var. Belçikalı Tyerri Növill isə 132 xalla ilk 3-lükdə qərarlaşıb.
Qeyd edək ki, növbəti yarış avqustun 1-dən 4-ədək Finlandiyada olacaq.