İtaliya son 25 oyunda məğlub olmayıb
İtaliya millisi uğurlu statistikası ilə diqqət çəkir.
Sportline.az "Opta"ya istinadən xəbər verir ki, Roberto Mançinin baş məşqçisi olduğu komanda ardıcıl 25 matçda məğlub olmayıb (20 qələbə, 5 heç-heçə). Bu, Marsello Lippinin rəhbərlik etdiyi İtaliya yığmasının 2004-2006-cı illərdəki qalibiyyət seriyasının təkrarlanmasıdır.
Rekord Vittorio Pozzoya məxsusdur. Onum çalışdırdığı İtaliya millisi 1935-1939-cu illərdə ardıcıl 30 oyunda məğlub olmayıb.
Qeyd edək ki, İtaliya son olaraq DÇ-20220-nin seçmə mərhələsində Litvaya 2:0 hesabı ilə qalib gəlib.