Italiyalı futbolçu mövsümün sonunda karyerasını bitirə bilər

"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo bu mövsümün sonunda karyerasını başa vura bilər.

Sportline.az xəbər verir ki, bu barədə Soccer.ru saytı məlumat yayıb.

32 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2024/2025 sezonunun sonunda başa çatacaq.

İtaliyalı Artetanın heyətinə qatılmaq və məşqçi kimi fəaliyyət göstərmək istəyir.

Qeyd edə ki, Jorjinyo 2023-cü ildən "topçular"ın uğurları üçün çalışır.