Jiru "Çelsi"də

Dortmund "Borussiya"sından Pyer-Emerik Obameyanqı heyətinə cəlb edən "Arsenal" Olivye Jiru ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, fransalı futbolçu artıq özünə yeni iş yeri də tapıb. O.Jiru karyerasını "Çelsi"də davam etdirəcək.

"Zadəganlar" futbolçunun keçidi üçün "topçular"a 15 milyon 300 min funt-sterlinq ödəyib.

Qeyd edək ki, 31 yaşlı hücumçu 1,5 illik müqaviləyə qol çəkib.