Jirunun əvəzinə Luiz
"Çelsi" "Arsenal"la futbolçu dəyişikliyinə hazırlaşır.
SportLine.az "Daily Star"a istinadən xəbər verir ki, "zadəganlar" David Luizi "topçular"a təklif edib. "Çelsi" bunun əvəzində "Arenal"ın hücumçusu Olivye Jirunu transfer etmək niyyətindədir.
"Vest Bromviç"dən Conni Evansı heyətə cəlb etmək məsələsi uzandığından "Arsenal"ın bu təklifə "hə" deyəcəyi gözlənilir.