Joan Laporta: "Heç bir şey imkansız deyil"

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin futbolçusu Erlinq Haalandın mümkün keçidi haqqında danışıb.

Sportline.az "Transfer News Live" nəşrinə istinadən xəbər verir ki, Joan Laporta jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;

"Heç bir şey imkansız deyil. Ama hələlik Haaland transfer haqqında düşünmürük. Çünki o "Mançester Siti" ilə yeni müqavilə imzalayıb", - deyə Joan Laporta bildirib.

Qeyd edək ki, Erlinq Haalandın "Mançester Siti" ilə müqaviləsi 3034-cü ilin iyun ayına qədər nəzərdə tutulub.

Onun transfer qiyməti 200 milyon avro olaraq təyin olunub. 

Xatırladaq ki, Erlinq Haaland bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 30 qol 4 məhsuldar ötürmə müəllifi olub.