"Joao" birdəfəlik çempion heyətdə

"Sportinq" "İnter"dən icarəyə götürdüyü Joao Marionu birdəfəlik alıb.

Sportline.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin saytı məlumat yayıb. Transferin məbləği barədə məlumat verilməyib. Portuqaliya mətbuat isə klubun İtaliya təmsilçisinə 8 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, J.Mario 2020/2021 mövsümündə "Sportinq"də 34 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.