Jorj Kaşkilya: "Qələbəyə layiq idik"

"İmişli" komandası Misli Premyer Liqasının 26-cı turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportline.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya oyunla bağlı fikirlərini bölüşüb:

"Oyunçularımı təbrik etmək istəyirəm. Komanda özünə qayıdıb. Bələ olanda hər rəqibə çətinlik yarada bilərik. Qol vurana qədər bizim üçün çətin idi. Oyun boyunca taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiəmizdə anlaşılmazlıq oldu və "Turan Tovuz" hesabı bərabərləşdirdi. Ezekiel Morqan zədələnib meydanı tərk edəndən sonra müdafiədə çaşqınlıq yarandı. Komanda ikinci hissəyə daha rahat başladı. 2:1 hesabı ilə qalib gəlməli idik. Qələbə qazanmağa layiq idik. Amma 1 xal da vacibdir. Bütün diqqətimizi "Qəbələ" ilə oyuna yönəldəcəyik. Futbolçuların bərpa olunmasına diqqət yetirəcəyik".