Kadi Borqesə şok zədə: Kəllə sümüyü sındı

“Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun matçında “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə havada toqquşmasından sonra beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalıb.

Sportline.az xəbər verir ki, bu barədə “Sportbox” məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı braziliyalıya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

Görüş 4:3 hesabı ilə “Spartak”ın xeyrinə başa çatıb.