Kamran Ağayev "qara siyahı"ya düşüb
Milli komandamızın və "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevin Çexiyada işləri qaydasında deyil. Sportline.az xəbər verir ki, çempionatın 13-cü turunda "Ostrava” ilə səfər matçında qırmızı vərəqə alan futbolçu intizamsızlığa görə əsas heyətə qayıtmaya bilər. Baş məşqçi Duşan Uhrinin onu "qara siyahı"ya saldığı bildirilir.
Qeyd edək ki, "Sotrava" ilə oyunun 73-cü dəqiqəsində hakimə etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci xəbərdarlıqla meydandan qovulmuşdu.