Karateçilərimiz finalda uduzdular
Azərbaycan karateçiləri Rəfael Ağayev və Firdovsi Fərzəliyev "Minsk 2019" II Avropa Oyunlarında final görüşlərinə çıxıb.
Sportline.az xəbər verir ki, 75 kq çəki dərəcəsində idmançımız R. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə qarşılaşıb. Məğlub olan (0:4) karateçimiz gümüş medalla kifayətlənib. O, yarımfinalda Pavel Artamanova (Rusiya) qalib gələrək finala yüksəlmişdi.
60 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Firdovsi Fərzəliyev isə finalda Kalvis Kalninslə (Latviya) üz-üzə gəlib və uduzub.
Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.