Karateçilərimizin Xorvatiya sınağı

Martın 18-də Xorvatiyada yeniyetmə və gənc karateçilər arasında 30-cu Qran-Pri turniri start götürəcək.

Sportline.az xəbər verir ki, Samobor şəhərinə təşkil olunacaq yarışda Azərbaycanı 17 idmançı təmsil edəcək.

16-17 yaşlı gənclər arasında Aysu Əliyeva (53 kq) mübarizə aparacaq. 18-21 yaşlı idmançıların turnirində Elmir Musayev (60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə, Abbas Dadaşov (84 kq), Osman Osmanlı, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), Ayla Rzazadə (61 kq), Zəhra Əliverdiyeva (68 kq) və Fidan Musayeva (+68 kq) kumite, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə isə kata üzrə çıxış edəcəklər.

Qeyd edək ki, yarışa 33 ölkədən 1769 idmançı qatılacaq.