Karreyras "Real Madrid"ə transfer olacaq

"Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyras mövsümün sonunda komandasını dəyişəcək.

Sportline.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" A.Karreyrası transfer etməkdə israrlıdır.

22 yaşlı futbolçunun transfer qiyməti 35 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Karreyras bu mövsüm çıxış etdiyi 48 matçda 4 qol 5 asistlə yadda qalıb.