Karreyras "Real Madrid"ə transfer olacaq?

"Benfika"ın ispaniyalı futbolçusu Alvaro Karreyras "Real Madrid"in maraq dairəsindədir.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Madrid klubu Karreyras üçün "Benfika" ilə görüşmələrə başlayıb.

22 yaşlı müdafiəçinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Karreyras cari mövsüm çıxış etdiyi 49 matçda 4 qol 5 məhsuldar ötürmə müəllifi olub.

Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Alvaro Karreyras "Real Madrid"in öz yetirməsi sayılır.