"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi

Misli Premyer Liqasında 21-ci tur davam edir. 

Sportline.az xəbər verir ki, ikinci oyun günündə 1 matç keçirilib.

“Karvan-Yevlax” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Oyunda Naxçıvan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı ilk dövrənin matçında “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, 21-ci tura nəzərdə tutulan, bu gün keçirilməli olan "Qarabağ" - "Neftçi" matçı təxirə salınıb.

21 fevral (şənbə)

14:30. “Karvan-Yevlax” - “Araz-Naxçıvan” - 0:2

Qollar: Felipe Santos, 32 (0:1), 51 (0:2)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu

22 fevral (bazar) 

14:30. “İmişli” - “Şamaxı”

17:00. “Sabah” - “Kəpəz” 

20 fevral (cümə)

“Turan Tovuz” - “Zirə” - 2:0

“Sumqayıt” - “Qəbələ” - 0:0