"Kəpəz" - "Qarabağ" görüşündəki mübahisəli epizod dəyərləndirildi
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 25-ci turunun oyunlarındakı mübahisəli epizodları dəyərləndirib.
Sportline.az xəbər verir ki, o, ümumilikdə 6 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb. Mütəxəssis sözügedən oyunlarda hakimlərin doğru qərar verdiyini təsdiqləyib.
Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşündən (1:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanov Kamilo Duranın epizodunda onların lehinə penalti verilməli olduğunu bildirmişdi.