“Karvan-Yevlax” “Şamaxı”ya qarşı, “Tofiq Bəhramov”da mövsümün oyunu
Misli Premyer Liqasında 28-ci tur davam edir.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Ötən tur qələbə həsrətinə son qoyan Yevlax klubu hazırda 11 xalla turnir cədvəlində sonuncu, Şamaxı təmsilçisi isə 32 xalla səkkizincidir.
Bu mövsüm komandalar arasında keçirilən hər iki görüşdə”"Şamaxı” eyni hesablı qələbə qazanıb - 3:0.
Daha sonra isə turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.
Hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, paytaxt klubu isə 66 xalla birincidir. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az keçirib. Çempionluq ümidini davam etdirmək üçün “Qarabağ” bu gün mütləq qələbə qazanmalıdır.
Cari mövsüm çempionatda tərəflər arasında keçirilən oyunlardan birində “Sabah” qələbə qazanıb (2:1), digəri isə heç-heçə bitib (3:3).
18 aprel (şənbə)
15:30. “Karvan-Yevlax” - “Şamaxı”
Yevlax şəhər stadionu
19:30. “Qarabağ” - “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu
19 aprel (bazar)
15:30. “Kəpəz” - “İmişli”
18:00. “Sumqayıt” - “Qəbələ”
17 aprel (cümə)
“Zirə” - “Neftçi” - 1:1
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol