"Kavaliers"dən ardıcıl 2-ci məğlubiyyət
Milli Basketbol Assosasiyasında (NBA) yarımfinal həyacanı davam edir.
Sportline.az xəbər verir ki, “Klevlend Kavaliers” “Roket Mortgeyc Field Haus” arenada “İndiana Peysers”lə münasibətlərini aydınlaşdırıb. İlk period “Kavaliers”in üstünlüyü ilə başa çatıb. 32:15. Böyük fasiləyə də “Klevlend” öndə yollanıb. 61:50.
Fasilədən sonra fəallığı artıran “İndiana Peysers” yekunda 120:119 hesabı ilə əzmkar qələbə qazanıb. Ümumi seriyada “İndian”nın 2:0 hesablı üstünlüyü var.
Matçın ən məhsuldar basketbolçusu Donavan Mitçel olub. 48 xal 5 ribaund 9 asist. “İndiana Peysers”də isə Mayles Törner 23 xal 8 ribaund 1 asistlə yadda qalıb.