Kavaniyə cəza təhlükəsi

“Mançester Yunayted”un futbolçusu  Edinson Kavani cəzalandırıla bilər.

Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki,  belə ki, uruqvaylı hücumçu "İnstaqram" səhifəsinə irqçi ifadə işlədib.

Premyer Liqanın 10-cu turunda “Sauthempton”la matçda (3:2) iki qol vuran və bir qol ötürməsi verən 33 yaşlı oyunçu "İnstaqram" səhifəsində ona təbrik yazan azarkeşlərdən birinə “təşəkkür edirəm, qara” cavabını verib. O, üç saat sonra yazdığını silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb.

Kavaninin bu hərəkətinə üç oyunluq cəzalandırıla biləcəyi vurğulanıb.