Kaxa Sxadadze məşhur klubda

Kaxaber Sxadadzenin yeni iş yeri məlum olub. 

Sportline.az  xəbər verir ki, o, Tbilisinin "Dinamo" komandasını çalışdıracaq. Bu barədə klubun rəsmi Facebook səhifəsi məlumat yayıb. Tərəflər arasında yaxında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Kaxaber Sxadadze Azərbaycanda 2008-ci ildə "Standard"a, 2009 - 2014-cü illərdə isə "İnter"ə baş məşqçilik edib. Onun son iş yeri Qazaxıstanın "Ordabaşı" komandası olub.